"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq

"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
MƏDƏNİYYƏT
15:03 13.05.2025
359
Bu gün Bazeldə "Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan təmsilçisi "Mamagama” qrupu 10-cu sırada səhnəyə çıxacaq.
 
Onlar "Run with you” mahnısını ifa edəcəklər.

İlk turda Azərbaycanla yanaşı Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yer alacaq.

Müsabiqə bu gün yerli saatla 23:00-da başlayacaq.

Xatırladaq ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR