Manaf Ağayevdən atmaca: “Özümdən başqa oxuyan tanımıram”

Manaf Ağayevdən atmaca: “Özümdən başqa oxuyan tanımıram”
MAQAZİN
11:03 06.11.2023
162
Manaf Ağayev " Rəngarəng səhər” verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, müğənni həmkarlarını əsəbləşdirəcək açıqlama verib. Aparıcının "müğənnilər arasında özünüzü harada görürsüz?” sualına müğənni iddialı cavab verib:

"Mən bu sualı sevmirəm, amma dəqiq bilmək istəyirsənsə özümdən başqa müğənni tanımıram. Sən bu cavabı gözləyirdin, mən də dedim. Amma izahını da verim. Hər gülün öz ətri var. Bu da dörd -beş nəfərdir. Mən indi deyim ki, məndən yoxdur, bu ayıbdır  axı. Mənim öz yolum var, Tacirin, Eldarın, Əflatunun öz yolu. Bizim təbəqədən olanlar bunlardır, dörd -beş nəfər. Hamımızın da öz dəsti xətti var”.

Aysel
OXŞAR XƏBƏRLƏR