Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO

Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO
MAQAZİN
10:55 29.06.2025
220
Hər zaman fərqli, özünəməxsus, maraqlı layihələrə imza atan Əməkdar artist Manana Caparidzeden yeni xəbər var. 

AZXEBER.COM xəbər verir ki, sevilən müğənnin yeni lirik tərzdə "Gelino” tərcümədə "Gəlin” adlı əsəri işıq üzü görüb.
 
"Gelino” qədim laz xalq mahnısıdır. Yeni versiyanın sözləri və tərcüməsi Əməkdar artistin özünə və müğənni Rəssama məxsusdur. Aranjıman, miks və masterinq Elvin İmanova aiddir. Əsərdə milli musiqi alətimiz olan kamançadan da istifadə olunub.
 
Əməkdar artistin ifasını kamança ustası Fərrux Haşımlı müşayiət edib. Yeni əsər üçün süni intelekdən istifadə olunub və videoçarx təqdim olunub. 

Layinənin ideya müəllifi və prodüseri Əməkdar artist Manana Caparidzedir. 

O, yeni layihəsini anasısının əziz xatirəsinə həsr edib. 

Sənətçi yeni işi haqqında bunları danışıb:
 
"Gelino” anamın ən sevdiyi mahnısı idi. Hər zaman arzu edərdi ki, bu nəğmə məhz Azərbaycan dilində, mənim ifamda səslənsin. Mən də bacardığım qədəri ilə anamın arzusunu gerçəkləşdirdim. Çünki anam mənim hər zaman səhnədə olmağımı, sənətlə məşğul olmağımı istəyirdi. Yaradıcılığım anamın ruhunu isidən bir işıqdır. Mən oxuyanda, səhnədə olanda hər an onun varlığını hiss edirəm, bilirəm ki, o daim yanımdadır. Onun arzusu mənim içimdə yaşamağa davam edir. Bu sadəcə bir yol deyil bu, bizim ortaq mənamızdır. Bu əsər yaradıcılığımda yeni səhifə yazdı”.

Qeyd edək ki, Əməkdar artistin yeni layihəsi bütün musiqi plarformalarında, həmçinin də müğənninin şəxsi "Youtube” kanalında yayımlanılıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb