Manat qorumaq Mərkəzi Banka baha başa gəlib - 11,2 milyard dollar

MANŞET
15:18 02.11.2016
1854

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6490 AZN/USD səviyyəsində müəyyən edib.

Oktyabrın 28-də və 31-i və noyabrın 1-də də rəsmi məzənnə 1,6381 AZN/USD olub. Bu isə məzənnənin 0,67% yüksəlməsi deməkdir. Mərkəzi Bank manatı qorumaq siyasətini davam etdirməklə öz ehtiyatlarını 11,2 milyard dollar "əridib”. AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev açıqlamasında bildirib: 

"Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı 127,2 milyon dollar və ya 3% azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb. Bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb. Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar "əridib"".

Bundan sonra Mərkəzi Bank öz ehtiyatlarını qorumağa çalışacağını söyləyən ekspert qeyd edib ki, belə olan təqdirdə manatın ucuzlaşma prosesinin davam edəcəyini söyləyib:

"Göründüyü kimi, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir. Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa bazara uzağı 100-200 milyon dollar çıxaracaq. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"