Manat ucuzlaşmayacaq

İQTİSADİYYAT
13:24 17.04.2015
2243
"Bu gün də manatın xarici valyutalara rəsmi məzənnəsi yenidən möhkəmlənib. Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməsinə ehtiyac var".Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin artıraraq əhali arasında ciddi panika yaratmışdı.Mütəxəssisin sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, son 4 gündə manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmasına səbəb olub: "Mərkəzi Bank yaxın günlərdə də aprel ayının əvvəllərində olduğu kimi yenidən manatın məzənnəsini aşağı salarsa o zaman praktik olaraq öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək. Deməli, manatın ucuzlaşması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır".

OXŞAR XƏBƏRLƏR