'Manatın hazırki durumunun günahı 'xəstə' iqtisadiyyatımızdır' – Ekspert islahatlara çağırdı

İQTİSADİYYAT
12:52 28.12.2015
2190
“Manatın hazırki durumunun günahı “xəstə” iqtisadiyyatımızdır”.AZXEBER.COM xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib: “Hesab edirəm ki, son illərdə ən böyük yalnışlığımız da milli iqtisadiyyatımızı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən “sabun köpüyü”nün üzərində qurmağımız oldu. Çünki, Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ÜDM-u, büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci oxşar iqtisadiyyatlı ölkəni bizim regionda tapmaq mümkün deyil. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır”.Ekspert vurğulayıb ki, 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gələn gəlirlərin ÜDM-da xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda, Qazaxıstanda müvafiq göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub:“Bu sektordan büdcəyə daxil olmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub. Sözügedən hər 3 ölkənin iqtisadiyyatının ən böyük problemi onun sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Göründüyü kimi, bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub”.

OXŞAR XƏBƏRLƏR