Manatın üzərindəki yazı hamını qorxuya saldı - FOTO

Manatın üzərindəki yazı hamını qorxuya saldı - FOTO
SOSİAL
09:49 26.11.2016
28532
Ağdam sakininin bankomatdan çıxardığı pulun üzərindəki yazı mağaza sahiblərini qorxuya salıb.
 
AZXEBER.COM cebhe.info-ya istinadən xəbər verir ki, rayon sakini bu yazıya Azərbaycandakı məşhur banklardan birindən pul çıxararkən əskinasların birinin üzərində rast gəlib.
 
Pulun üzərinə yazılan "I love Al-Qaeda" (Mən Əl Qaidəni sevirəm) yazısı market satıcılarını da qorxuya salıb. Pulun heç bir marketdə qəbul edilmədiyini görən vətəndaş sonda bankın Ağdam rayon filialına müraciət edərək onu dəyişdirib.
 

OXŞAR XƏBƏRLƏR