"Mançester Siti" azarkeşlərini daşıyan avtobus yanıb

"Mançester Siti" azarkeşlərini daşıyan avtobus yanıb
DÜNYA
21:25 22.03.2026
249
"Mançester Siti" futbol klubunun azarkeşlərini daşıyan avtobus London "Arsenal"ına qarşı keçirəcəyi İngiltərə Liqa Kubokunun finalına gedərkən yanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.

Hadisə Uorvikşir qraflığında yerləşən M6 avtomagistralında baş verib. Yanğın-xilasetmə xidməti hadisə yerinə çatdıqdan sonra magistralın həmin hissəsi təmizləmə işləri üçün bağlanıb.

Məlumata görə, bütün sərnişinlər və sürücü vaxtında təxliyə olunub, xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR