"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib

"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
İDMAN
00:06 05.01.2026
213
"Mançester Siti" İngiltərə Premyer Liqasının XX turunun ev oyununda "Çelsi" ilə 1-1 heç-heçə edib.

AZXEBER.COM xəbər verir ki, meydan sahiblərinin qolunu Tijani Reynders 42-ci dəqiqədə vurub.

Qonaqların heyətində Enzo Fernandes fərqlənib (90+4).

"Mançester Siti" İngiltərə Premyer Liqasının ardıcıl səkkiz oyununda məğlubiyyət tanımır (altı qələbə, iki heç-heçə). Komandanın 42 xalı var və turnir cədvəlində ikinci yerdədir, lider "Arsenal"dan altı xal geridədir. "Çelsi" baş məşqçi Enzo Mareskanın istefasından sonra ilk oyununu keçirib. London klubu 31 xalla beşinci yerdədir.

"Mançester Siti" növbəti turda "Brayton"u qəbul edəcək, "Çelsi" isə səfərdə "Fulhem"lə oynayacaq. Hər iki oyun 7 yanvarda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR