"Mançester Siti" Qvardiola ilə müqavilə bağladığını açıqlayıb

İDMAN
01:05 02.02.2016
1548
Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda İngiltərənin "Mançester Siti" futbol komandasının sükanı arxasına keçəcək.
AZXEBER.COM-un məlumatına görə, "şəhərlilər" 45 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıldığını açıqlayıblar.
"The Guardian"ın müxbiri Ceymi Ceksonun dərc etdiyi press-relizdə şayiələrə son qoymaq üçün klubun bu təyinatı vaxtından əvvəl bəyan etməyə qərar verdiyi bildirilir.
Qeyd edək ki, "Mançester Siti" ilə dəfə 2012-ci ildə Xosep Qvardiola ilə əlaqəyə çıxıb.
OXŞAR XƏBƏRLƏR