İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi futbolçu Rodri Hernandesin müqaviləsinin müddətini ən qısa zamanda uzatmağı planlaşdırır.
Bu barədə "Cadena SER" nəşri məlumat yayıb.
"Şəhərlilər" ispaniyalı yarımmüdafiəçini saxlamaq üçün plan hazırlamağa başlayıb. "Qızıl top"u qazanan oyunçu top-klubların diqqət mərkəzindədir.
Qeyd edək ki, Rodrinin hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
///report