"Mançester Siti" yeni transferini açıqlayıb

"Mançester Siti" yeni transferini açıqlayıb
İDMAN
19:30 21.01.2025
292
İngiltərənin "Mançester Siti" klubu yeni transferini açıqlayıb.

Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

Braziliya təmsilçisi "Palmeyras"dan Vitor Reys heyətə cəlb edilib. 18 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Vitor Reys 2024-cü ildə "Palmeyras"da 22 oyuna çıxıb, 2 qolla yadda qalıb.
OXŞAR XƏBƏRLƏR