"Mançester Siti"nin əsas qapıçısı son iki oyunda iştirak etməyəcək

İDMAN
18:48 16.05.2024
244
İngiltərənin "Mançester Siti" klubunun əsas qapıçısı Ederson mövsümün son iki matçında meydana çıxa bilməyəcək.

Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

Braziliyalı qolkiper son turda "Vest Hem"lə qarşılaşmada və "Mançester Yunayted"lə ölkə kubokunun final görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Ederson Premyer Liqada "Tottenhem"ə qalib gəldikləri oyunda (2:0) sıradan çıxıb. Ona göz yuvasında sınıq diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR