"Mançester Siti"nin futbolçusu mövsümü erkən başa vura bilər

İDMAN
18:30 13.02.2025
115
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.

29 yaşlı müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var.

İsveçrəli oyunçu İspaniya təmsilçisi "Real"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb.

Qeyd edək ki, Manuel Akanci cari mövsüm 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR