"Mançester Siti"nin futbolçusunun evi qarət edilib

İDMAN
19:39 18.12.2023
222
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bruynenin evi qarət olunub.

Hadisə dekabrın 16-da baş verib.

Oyunçunun Belçikadakı evindən əşyalar oğurlanıb. Həmin vaxt 31 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı və 3 uşağı evdə olmayıb.

O, hazırda "şəhərlilər"in heyətində Səudiyyə Ərəbəsitanında təşkil olunan klublararası dünya çempionatındadır.

Qeyd edək ki, Kevin De Bruyne mövsümün əvvəlində aldığı zədə ucbatından yaşıl meydanlardan kənarda qalıb.

OXŞAR XƏBƏRLƏR