"Mançester Siti"nin futbolçusunun yeni klubu müəyyənləşdi

İDMAN
18:49 16.08.2024
191
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kelvin Fillipsin yeni komandası müəyyənləşib.

İngiltərə millisinin üzvü "İpsviç"ə keçib.

Bu barədə İpsviç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fubolçu yeni komandasında 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.

28 yaşlı müdafiəçi "Lids" klubunun yetirməsidir.

Qeyd edək ki, 2022-ci ildə 49 milyon avroya "Mançester Siti"yə transfer olunan K.Fillips 2024-cü ilin əvvəlində 6 ay "Vest Hem” klubuna icarəyə verilmişdi. O, İngiltərə millisində meydana çıxdığı 31 matçda 1 qol vurub.
 
///report

OXŞAR XƏBƏRLƏR