İngiltərənin "Mançester Siti" klubu "Real" (Madrid) klubunun forvardı Kriştiano Ronaldonu transfer etməkdə israrlıdır.
Qol.Az-ın "Fichajes.com"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün "Real"a 62 milyon avro təklif edib.
"Şəhərlilər" üstəlik komandanın aparıcı futbolçusu David Silvanı da qarşı tərəfə verməyə hazırdır. "Real"ın prezidenti Florentina Perez isəhələlik bu təklifə münasibət bildirməyib. LakinRonaldonun qış transfer pəncərəsi dönəmində komandasını dəyişəcəyi istisna olunmur.
Qeyd edək ki, "Real" rəhbərliyi Ronaldonun qiymətini 200 milyon avro olaraq müəyyənləşdirib.