İspaniya millisinin yarımmüdafiəçisi Rodri yığmanın növbəti toplanışında iştirak etməyəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
Federasiyanın açıqlamasına əsasən, tibbi testlərin nəticələri futbolçunun zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstanla qarşılaşmalarda iştirak etməsinə imkan vermir.
Qeyd edək ki, 2024-cü ilin "Qızıl top” mükafatçısı Premyer Liqanın 7-ci turunda "Mançester Siti”nin "Brentford”la oyununda (1:0) zədələnərək meydanı 22-ci dəqiqədə tərk edib.
Zəfər Hacılı










































