"Mançester Yunayted" Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır

"Mançester Yunayted" Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır
İDMAN
19:24 08.09.2026
79
İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır.

"Qırmızı şeytanlar" "Borussiya"da (Dortmund) çıxış edən 25 yaşlı yarımmüdafiəçini qışda heyətinə qatmağı planlaşdırır.

Oyunçu transfer dönəmində komandanın əsas hədəfi olacaq. "Mançester Yunayted" Dortmund klubunun rəhbərliyi ilə əlaqə də saxlayıb.

"Mançester Siti" və "Nyukasl" da Nmeça ilə maraqlanır. "Borussiya" futbolçunun keçidindən təxminən 100 milyon avro qazanmaq niyyətindədir.

Xatırladaq ki, Feliks Nmeça 2023-cü ildən Dortmund komandasında çıxış edir.
OXŞAR XƏBƏRLƏR