İngiltərənin "Mançester Yunayted" klubu danimarkalı yarımmüdafiəçi Kristian Eriksenlə yeni müqavilə bağlamayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.
Mançester klubunun rəhbərliyinin 33 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırmadığı və onun yayda azad agent olacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir.
Qeyd edək ki, K.Eriksen cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 4 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.