“Mançester Yunayted” “Kristal Pelas”ın 20 yaşlı hücumçusu Vilfred Zaxanı transfer edib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
İstedadlı forvard yeni komandasının düşərgəsinə 2013-cü ilin yayında qoşulacaq. Müqavilənin detallar açıqlanmayıb. Bildirilib ki, Zaqa komandaya gəldikdən sonra trasferlə bağlı ətraflı məlumat veriləcək.