İngiltərənin "Brentford" klubunda çıxış edən Kristian Eriksenlə Premyer Liqanın iki təmsilçisi maraqlanır.
"Mançester Yunayted" və "Tottenhem" 30 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
Danimarka millisinin üzvü cari mövsüm yerli çempionatda 4 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2013 - 2020-ci illərdə "Tottenhem"in formasını geyinib.
///Report