AZXEBER.COM-un xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Klub portuqaliyalı mütəxəssisə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. "MY"də baş məşqçi vəzifəsini icra edəcək şəxsin adı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "qırmızı şeytanlar" Mourinyonun rəhbərliyi altında bu mövsüm Premyer Liqada uğursuz çıxış edirdi. Komanda 17 turdan sonra hazırda 6-cı pillədə qərarlaşıb.
Portuqaliyalı mütəxəssis 2016-cı yayında "MY"yə gətirilsə də, o, komandasına çempionluq qazandıra bilməyib.
Portuqaliyalı mütəxəssis 2016-cı yayında "MY"yə gətirilsə də, o, komandasına çempionluq qazandıra bilməyib.