"Mançester Yunayted" niderlandlı hücumçu ilə razılıq əldə edib

İDMAN
19:57 08.07.2024
183
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Bolonya"da çıxış edən Coşua Zirkzeni heyətinə qatmağa çox yaxındır.

"Qırmızı şeytanlar" 23 yaşlı niderlandlı oyunçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Premyer Liqa təmsilçisi Niderland millisinin hücumçusu üçün 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Zirkze ötən mövsüm İtaliya klubunda 37 oyunda 12 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR