"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir

"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
İDMAN
19:12 04.03.2025
156
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.

"Qırmızı şeytanlar" 26 yaşlı qolkiperin kamerunlu Andre Onananı əvəzləməsini istəyir.

Mançester təmsilçisi ukraynalını növbəti mövsüm heyətində görmək niyyətindədir.

Qeyd edək ki, A.Lunin cari mövsüm "Real"da 9 oyun keçirib və 12 qol buraxıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
 

OXŞAR XƏBƏRLƏR