Son günlər Ronaldunun "Real"da az məvacib alması və klubun prezidenti Florentino Perezin yeni müqavilə imzalamaq məsələsini uzatmasından narazı olduğu barədə xəbərlər yayılmaqdadır.
Media portuqaliyalı ulduzun sabiq klubu "Mançester Yunayted"ə qayıtmaq ehtimalını istisna etmir.
"Manikunianlar"ın baş məşqçisi Joze Mourinyo da yenidən 32 yaşlı forvardla işləmək istəyir. Ronaldunun "Yunayted"ə qayıtması kluba 400 milyon avroya başa gələ bilər. Bunun 200 milyonu transferə görə, digər yarısı isə onun məvacibinə sərf olunacaq. Futbolçunun "Real"la cari müqaviləsi 2021-ci ilə kimi qüvvədədir. Onun buraxılış qiyməti 1 milyard avro göstərilib.
Ronaldunu PSJ və Çinin "Tianjin Quanjan" klubu da heyətində görmək istəyir.
/// goal.az