"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir

"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İDMAN
18:20 11.08.2025
178
İngiltərənin "Mançester Yunayted" klubu yay transfer dönəmi bağlananadək dörd futbolçusunu göndərməyə hazırlaşır.

"Qırmızı şeytanlar" danimarkalı hücumçu Rasmus Heylunnun keçidi üçün İtaliya təmsilçisi "Milan"la danışıqlar aparır.

Almaniyanın "Borussiya" (Dortmund) komandası Ceydon Sançonu yenidən heyətinə qatmağa hazırdır.

"Çelsi" isə argentinalı vinger Alexandro Qarnaçoya görə rəsmi təklif göndərməyi planlaşdırır. Bundan əlavə, İspaniyanın "Betis" klubu yenidən braziliyalı Antonini icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, İngiltərədə yay transfer dönəmi sentyabrın 1-də başa çatacaq.
 
report
OXŞAR XƏBƏRLƏR