“Mançester Yunayted” yeni hücumçu axtarışında

“Mançester Yunayted” yeni hücumçu axtarışında
İDMAN
10:39 15.04.2025
138
"Mançester Yunayted” yeni hücumçu axtarışlarını davam etdirir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bayer Leverkuzen”in hücumçusu Patrik Şikin transfer imkanlarını qiymətləndirir.

29 yaşlı çexiyalı forvard "Mançester Yunayted”in hücum xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi bir neçə namizəddən biridir. Baxmayaraq ki, klub daha gənc profilli oyunçu axtarır, Şik də diqqət çəkən alternativlərdən biri sayılır.

Məlumata görə, tərəflər arasında ilkin təmas qurulub, lakin hələlik konkret irəliləyiş yoxdur. Leverkuzen təmsilçisi futbolçunun transferi üçün 25-30 milyon avro tələb edir. Müqaviləsi 2027-ci ilə qədər qüvvədə olan hücumçunun xidmətində Səudiyyə Ərəbistanı klubları da maraqlıdır, lakin Şikin əsas prioriteti Premyer Liqaya keçiddir.

Qeyd edək ki, çüx hücumçu bu mövsüm meydanda olduğu 40 oyunda 23 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR