'Mançester Yunayted', yoxsa 'Real'?

İDMAN
10:51 05.03.2013
1573

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilir.AZXEBER.COM-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq ki, onlardan da birini erkən final adlandırmaq olar. Söhbət İngiltərədə “Mançester Yunayted”lə “Real” arasında keçiriləcək oyundan gedir.

Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edir. “Real” isə növbəti mərhələyə adlamaq üçün ya qələbə qazanmalı, ya da birdən artıq qollu istənilən heç-heçəyə nail olmalıdır.

Dortmundda baş tutacaq “Borussiya” – “Şaxtyor” görüşü də az əhəmiyyət daşımır. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından cavab matçında azarkeşlərin maraqlı oyuna şahid olacağı gözlənilir.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd qarşılaşması gələn həftə baş tutacaq.

Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar

5 mart23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)İlk oyun - 2:223.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya)İlk oyun – 1:1

6 martPSJ (Fransa) - “Valensiya” (İspaniya)İlk oyun – 2:1“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)İlk oyun – 3:0

12 mart“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)İlk oyun – 1:1“Barselona” (İspaniya) – “Milan” (İtaliya)İlk oyun – 0:2

13 mart“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)İlk oyun – 3:1“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya)İlk oyun – 0:1

OXŞAR XƏBƏRLƏR