"Mançester Yunayted"in futbolçulardan biri koronavirusa yoluxub.
AzxeberSport-un məlumatına görə, "qırmızı şeytanlar"ın fransalı yarımmüdafiəçisi Pol Poqbanın testinin nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən O, Fransa millisinin Millətlər Liqasının 2020/21 mövsümündəki ilk iki matçının heyətindən çıxarılıb.
Onun əvəzinə "Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqaya dəvət göndərilib.
Qeyd edək ki, Fransa yığması sentyabrın 5-də İsveç, 8-də isə Xorvatiya ilə qarşılaşacaq.