"Mançester Yunayted” ingiltərəli yarımmüdafiəçi Aron Van-Bissaka ilə yolları ayırmaq qərarına gəlib.
Məlumata görə, "qırmızı şeytanlar”ın mövsümün sonunda üç futbolçu ilə yolları ayıracağı dəqiqləşib.
Bunlar "Aron Van-Bissaka, Rafael Varan və Antoni Marsialdır. "Mançester Yunayted”in rəsmiləri klubdan ayrılan futbolçularla bağlı rəsmi açıqlama veriblər.
Qeyd edək ki, "Mançester Yunayted” klubu mövsümün sonunda Erik ten Haqla da yolları ayırmaq istəyir.