"Mançester Yunayted" klubu ciddi itkiylə üzləşib.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford və müdafiəçisi Erik Bayi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın 36-cı turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Çelsi" matçında (1:1) zədə alan hər iki futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer oyundan sonra keçirilən mətbuat konfransında, hər iki futbolçu üçün mövsümün bitdiyini açıqlayıb.
"Mançester Yunayted" Premyer Liqada sona 2 tur qalmış, 65 xalla 6-cı sırada qərarlaşıb.