İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Tobi Koller "Vest Bromviç"ə transfer olunub.
Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Çempionşip təmsilçisi ilə daimi müqavilə bağlayıb.
O, 2022-ci ildə "Brayton"un akademiyasından "Mançester Yunayted"ə keçib. Əvvəlcə U-18 və U-21 komandalarında çıxış edən ingiltərəli futbolçu 2023-cü ildə baş məşqçi Erik ten Haqın rəhbərliyi altında əsas heyətin mövsümöncəsi toplanışına cəlb olunub.
Yarımmüdafiəçi 2025-ci ilin avqustunda icarə əsasında "Vest Bromviç"də 12 matçda meydana çıxdıqdan sonra geri çağırılıb və yanvar transfer pəncərəsində "Hall Siti"yə icarəyə verilib. T.Koller son olaraq Maykl Kerrikin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edib.
Qeyd edək ki, T.Koller "Mançester Yunayted"in akademiyasından əsas komandaya yüksələn 251-ci futbolçudur. O, Mançester təmsilçisinin heyətində 2024/2025 mövsümündə ümumilikdə 13 matçda forma geyinib.
///report///










































