İngiltərənin "Mançester Yunayted" klubunun Niderland millisinin futbolçusu Kodi Qakponu transfer edə bilməməsinin səbəbi bəlli olub.
Qleyzerlər ailəsi "qırmızı şeytanlar"ı satmaq istədiyi üçün keçid gerçəkləşməyib.
Satışdan əvvəlki dövrdə oyunçular yalnız icarə əsasında Mançester təmsilçisinə keçə bilər. Bundan istifadə edən "Liverpul" 23 yaşlı vingerin keçidini rəsmiləşdirib.
Qeyd edək ki, "Mançester Yunayted"in ilin ilk yarısında satılacağı gözlənilir.