"Mançesterdəki terroru biz törətmişik" - İŞİD

"Mançesterdəki terroru biz törətmişik" - İŞİD
DÜNYA
11:22 23.05.2017
1249
İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.
 
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR