Mançini: ''Real'a məğlubiyyətdə yeganə günahkar mənəm''

İDMAN
08:14 20.09.2012
1213

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançini ÇL-in qrup mərhələsində məğlub olduqları Madrid "Real"ı ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis "Real"a məğlubiyyətdə məsuliyyəti öz üzərinə götürüb:

"Co Hart ilk hissədə möhtəşəm oynadı. Məğlubiyyətə baxmayaraq, Hartı qınamaq düzgün deyil. Çünki bu komandanı mən çalışdırıram. Məğlubiyyətdə yeganə günahkar mənəm. Ancaq üzülməyə dəyməz. Qarşıda daha 5 oyunumuz var.Məncə, digər komandalar da Madriddə xal itirəcəklər. Biz artıq "Borussiya" (Dortmund) ilə oyun haqda düşünürük. Bu oyun da çətin keçəcək. Artıq bu görüşdə mütləq qələbə qazanmalıyıq".

Qeyd edək ki, "Mançester Siti" növbəti görüşünü oktyabrın 3-də, evdə "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR