Mansinidən jurnalistlərə şok açıqlama

İDMAN
11:04 28.09.2011
1711

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Bavariya" ilə keçirdikləri oyundan sonra maraqlı açıqlamalarla diqqət çəkib. AZXEBER.COM-un məlumatına görə, mansini artıq bundan sonra Karlos Tevezin onun üçün bitdiyini açıqlayıb.Buna isə oyunun gedişində Tevezin meydana daxil olmaqdan imtina etməsi səbəb olub. Rəqibinə 0:2 hesabı ilə məğlub olan Mansini Tevezi sonradan oyuna daxil etmək istəsə də futbolçu bunu rədd edib: "Matçın gedişində Tevezi oyuna buraxmaq istəsəm də futbolçu bundan imtina etdi. Bir oyunçunun komandasına kömək etməkdən boyun qaçırması imkansızdır. Ancaq Tevez bunu etdi. O, artıq mənim üçün bitdi. Tevezin gələcək taleyi isə məni heç maraqlandırmır".sitatın sonu

OXŞAR XƏBƏRLƏR