İşin üstü 5 ildən sonra açılıb.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Tekirdağ vilayətində baş verib. Əxlaqsız ata dərhal həbs olunub.Gündoğdu məhəlləsində yaşayan F.A. ilə D.A. cütlüyünün 20 yaşındakı qızı G. ötən ilin aprel ayında T.T. ilə ailə həyatı qurub. Evliliyin ilk günlərində gəlin G.T. ərinə etiraf edərək, atası D.A.-nın 5 il bundan əvvəl onu 2 dəfə zorladığını deyib.Bu dəhşətli xəbəri eşidən kürəkən polisə getmək istəyib, lakin arvadı ona mane olub. Ər də xanımına ailəsi ilə görüşməyi qadağan edib. Arvadının öz ailəsi ilə gizli-gizli görüşdüyündən xəbər tutan ər evdə dava salıb.Növbəti mübahisədən sonra G.T. ərindən küsərək, ata evinə qayıdıb. Məsələdən agah olan və qayınatasına qəzəblənən ər polisə gedərək, hər şeyi danışıb, ondan şikayət ərizəsi yazıb.Prokurorluq şikayət ərizəsinə əsasən, araşdırmalara başlayıb və qızın atasını və anasını saxlayıb. Ata qızını zorlamaqla bağlı iddiaları qəbul etməyib, ana isə məsələdən xəbərsiz olduğunu deyib. İfadə verən G.T. 15 yaşında ikən atasının onu 2 dəfə zorladığını etiraf etməli olub.İfadələr alınandan sonra, əxlaqsız ata Tekirdağdakı T tipli cəzaçəkmə müəssisəsinə göndərilib.