Manyak özünü anasının və polisin gözləri qarşısında doğradı

DÜNYA
11:43 01.06.2013
1600

Hadisə Moskvada baş verib.

AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, zorlama cinayətlərində şübhəli bilinən şəxs anasının və istintaq qrupunun qarşısında özünü öldürüb.İstefada olan hərbçi Sergey Veçernin mənzilində paytaxt əməliyyatçıları olarkən özünü bıçaqla öldürüb. O, mətbəx bıçağını götürərək, anasının və polislərin qarşısında özünü ölümcül yaralayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.İstintaq nəticəsində məlum olub ki, 2006-2012-ci illərdə Veçernin öz avtomobilində qonşu vilayətlərdə olan kəndlərə gedərək, güclə qadınları meşəyə aparır və qurbanlarını zorlayaraq baş verənləri videoya çəkirdi. Özünü öldürməkdən qabaq o etdiyi cinayətləri boynuna alıb və qurbanlarını çəkdiyi videoları saxladığı yeri və zorlamalar zamanı istifadə etdiyi əşyaları göstərib.

OXŞAR XƏBƏRLƏR