Əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayresdə jurnalistləri daşa basıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Argentina yığmasının sabiq məşqçisi vətəninə 3 ay əvvəl doğulmuş oğlunu görmək üçün gəlib. Aeroport yolunda futbol ulduzunu çox möhtəşəm şəkildə qarşılayıblar.Əl çəkməyən fanatlar və jurnalistlər Maradonanın qəzəblənməsinə səbəb olub. Avtomobilini saxlayan futbolçu onlara daş atıb. Jurnalistlərdən birinin ayağından yaralandığı bildirilir.