Maraqlı kəşf: planetdə su tapıldı

Maraqlı kəşf: planetdə su tapıldı
DÜNYA
12:25 31.01.2024
162
Astronomlar "Hubble Kosmik Teleskop”u ilə GJ 9827d planetində su molekullarını kəşf ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Günəş sistemindən kənar planetlərdə su axtarışları davam edir. Son müşahidələr Günəş sisteminin uzaq bir planetində suyun potensial mövcudluğunu üzə çıxarıb və alimlər bu kəşfi ətraflı öyrənirlər.

"Hubble Kosmik Teleskopu”nun apardığı son müşahidələr təxminən 97 işıq ili uzaqlıqdakı planetin atmosferində su əlamətlərini aşkar edib.

Bu, elm aləmində böyük səs-küy yaradıb, çünki su həyatın mövcudluğu üçün vacib tərkib hissəsi hesab olunur.

Atmosferində su buxarı olduğu təsbit edilən "GJ 9827d" adlı göy cismi ən kiçik ekzoplanet olaraq qeydə alınıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR