"Marca": Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb

"Marca": Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb
İDMAN
20:43 19.07.2022
319
İspaniyanın "Barselona" klubunun yeni hücumçusu Robert Levandovskinin təqdimatı yubanıb.

Polşa millisinin 33 yaşlı futbolçusu Kataloniya klubunun ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında komanda ilə birlikdə iştirak etmir.

O, trenajor zalında fərdi qaydada məşq keçir. Bu səbəbdən, Levandovskinin iyulun 20-də "İnter Mayami" ilə yoxlama görüşündə oynaması gözlənilmir.

Həmçinin futbolçunun bu gün keçirilməli olan təqdimatı başqa vaxta təxirə salınıb.

Qeyd edək ki, Robert Levandovski "Bayern"dən "Barselona"ya 45 milyon avro müqabilində transfer olunub. O, "Barselona" ilə 3 illik müqaviləyə imza atıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR