Maria Zaxarova Azərbaycana gəldi

Maria Zaxarova Azərbaycana gəldi
SOSİAL
21:06 26.07.2018
5653
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib.

"Report"un verdiyi xəbərə görə, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir.

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Onun sözlərinə görə, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova deyib.
OXŞAR XƏBƏRLƏR