Marin Le Pen: Makron bir siyasətçi kimi tükənib

DÜNYA
20:11 18.12.2024
206
"Makronun prezidentlik müddəti bitib. Mən keçirilməsi labüd olan erkən seçkiyə hazırlaşıram”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və prezidentliyə keçmiş namizəd Marin Le Pen söyləyib:

"Emmanuel Makron artıq bir siyasətçi kimi tükənib. Onun reytinqi həm ölkə daxilində, həm də xaricdə aşağı düşüb. Vəziyyət o yerə çatıb ki, Makron artıq Avropa İttifaqı çərçivəsində də bütün təsir imkanlarından məhrum olub”.

Yelisey Sarayı M. Le Penin bəyanatına şərh verməyib.

Qeyd edək ki, Fransa lideri bir qədər əvvəl istefaya getməyəcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR