Zelenski rus ordusunun yeni bir hücuma hazırlaşdığını və on minlərlə əsgər topladığını bildirib.
AZXEBER.COM xəbər verir ki, Zelenski həmçinin rusların təcavüzü dayandırmaq istəmədiyini vurğulayıb.
"Mariupol dağıdılıb, on minlərlə insan həlak olub, lakin ruslar hələ də təcavüzlərini dayandırmırlar”.
Zelenski Rusiya ilə mübarizə aparmaq üçün hərbi texnologiyalara ehtiyacı olduğunu deyib: "Ukrayna təyyarələrdən tutmuş tanklara qədər müxtəlif hərbi texnologiyalara ehtiyacı var. Bizə Cənubi Koreya da kömək edə bilər”.
Kiyevdən çəkilən Rusiya qüvvələrinə də toxunan Zelenski Rusiya ordusunun hədəfində Donbas olduğunu bildirib: "Rusiya ordusu yeni hücuma hazırlaşır və on minlərlə əsgər toplayır”.
Aydın Nuri