Ukrayna prezidenti Vladimir Zelenski Mariupolda on minlərlə insanın həlak olduğunu bildirib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenssi rusların Maripolu "nümayişəli şəkildə dağıdılmış şəhərə” çevirmək istədiklərini deyib.
Prezident bu barədə Cənubi Koreya parlamentindəki çıxışında bildirib.
"Ən pis vəziyyət Mariupoldadır. Mariupol dağıdılıb. On minlərlə ölü var. Amma buna baxmayaraq, ruslar hücum əməliyyatını dayandırmır. Onlar Mariupolu nümayişkəranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər", - Zelenski vurğulayıb.
Prezident daha sonra qeyd edib: Şəhər martın 1-dən rus işğalçıları tərəfindən mühasirəyə alınıb. Mariupolda vəziyyət dəhşətlidir, lakin işğalçı ölkənin hərbçiləri insanların üzərinə bombalar atmaqda davam edir.