Mariupol yaxınlığında kütləvi məzarlıq aşkar edildi

Mariupol yaxınlığında kütləvi məzarlıq aşkar edildi
DÜNYA
17:13 21.04.2022
389
Mariupol yaxınlığında 30 metrlik kütləvi məzarlıq aşkar edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mariupol yaxınlığında 30 metrlik kütləvi məzarlıq tapılıb.
 
Bu barədə şəhərin meri Vadim Boyçenko bildirib.
 
O, açıqlamasında "Bizim yerli sakinlər dedilər ki, bu gün Mariupol yaxınlığında rus əsgərləri kütləvi məzarlıq qazıblar və yük maşınları cəsədləri gətirirlər”, - deyə bildirib.
 
Boyçenkonun sözlərinə görə, bu yolla rus əsgərləri Mariupol ərazisində törətdikləri bütün cinayətləri gizlətməyə çalışırlar.
 
Xatırladaq ki, aprelin 11-də Ukrayna prezidenti Volodimir Zelenski Mariupolda on minlərlə insanın öldüyünü söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR