"Mariupolda su, qaz, işıq və yemək yoxdur" - Şəhər isə təslim olmur

"Mariupolda su, qaz, işıq və yemək yoxdur" - Şəhər isə təslim olmur
DÜNYA
22:02 21.03.2022
758
"Mariupolda dəhşətli humanitar fəlakət var: insanlar yeməksiz, susuz, qazsız, işıqsız qalıb. Və hazırda heç kim onlara kömək edə billmir. İşğalçılar - humanitar dəhlizləri açın, soyqırımı dayandırın".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Nikolayevin qubernatoru Vitaliy Kim deyib.

O deyib ki, şəhərdə vəziyyət soyqırımı xatırladır.

Kim dünya ölkələrindən də kömək istəyib.

Qeyd edək ki, Rusiya şəhərin təslim olması üçün Ukrayna tərəfinə bu gün saat 12:00-a qədər zaman vermişdi. Ukrayna isə bundan imtina etmişdi.

OXŞAR XƏBƏRLƏR