"Mariupolda təxliyə gözləyən 100 türk vətəndaşı var"

"Mariupolda təxliyə gözləyən 100 türk vətəndaşı var"
DÜNYA
14:07 05.04.2022
283
Ukrayna baş nazirinin müavini Mariupolda təxliyyə gözləyən Türkiyə vətəndaşları haqda danışıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşuk 100 Türkiyə vətəndaşının Mariupol şəhərində təxliyyə olunmağı gözlədiyini açıqlayıb.
 
"Yunanıstan vətəndaşları bir şəkildə təxliyə edilib. Martın əvvəlində təxliyə etmək daha asan idi. Bəzi Türkiyə vətəndaşları da təxliyə edilib. Mariupolda təxliyə gözləyən əcnəbilər və ukraynalılar bizim üçün eynidir. İndi Mariupolda təxliyə olunmağı gözləyən 100 Türkiyə vətəndaşı qalıb. Türkiyə prezidenti Ərdoğan Türkiyə və Ukrayna vətəndaşlarını, xüsusilə uşaq və qadınları təxliyə edəcəyinə söz verib", - deyə o açıqlamasında bildirib.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin aprelin 2-də verdiyi açıqlamada, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putindən istəyi ilə Mariupolda mülki və xarici vətəndaşların təxliyyəsinə hərtərəfli köməklik göstərilməsinə qərar verildiyi bildirilib.
 
Rəsmi Moskva tərəfindən Mariupoldan Berdyansk istiqamətində dəhlizin açılacağı, gediş yolunda atəşkəsə ciddi əməl ediləcəyi qeyd edilib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR