Marixuana qəbul edib taksi sürən şəxs saxlanıldı

Marixuana qəbul edib taksi sürən şəxs saxlanıldı
SOSİAL
10:45 11.05.2024
142
Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib.

Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tədbir zamanı narkotik vasitə marixuana qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan rayon sakini S.Mollayev də saxlanılıb. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR